• $
  • £

Cüdoçumuz Avropa çempionu oldu

Cüdoçumuz Avropa çempionu oldu
22.04.2016 21:16
Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. 

ANN.Az Azerisport.az-a istinadən xəbər verir ki, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Belə ki, milli komandamız aktivinə daha bir 1 medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov ilk qarşılaşmasında litvalı Kestutis Vitkauskasa ipponla qalib gəlib. Orucov növbəti rəqibini - çexiyalı Yakub Jesmineki də eyni fəndlə məğlub edib. Cüdoçumuz 1/4 finalda Sloveniya təmsilçisi Rok Draksiç üzərində qələbəyə sevinib. 

Yarımfinalda Rusiya cüdoçusu Denis Yartsevə də qalib gələn Orucov adını finala yazdırıb. Həlledici qarşılaşmada Olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşan Rüstəm bu mübarizədən də qalib ayrılaraq Avropa çempionatnın qızıl medalını qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhaqq Rəsullu mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, 46 ölkədən 394 (229 kişi, 165 qadın) idmançının qatıldığı mötəbər yarışda millimiz 9 kişi və 1 qadın cüdoçu ilə təmsil olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol