• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır”

Ərdoğan: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır”
26.04.2016 12:40
"Hazırda Türkiyədə 3 milyon qaçqın var. 

Türkiyə bu işə böyük pul xərcləyir. 

Bu, çox böyük məbləğdir. Qeyd edim ki, biz bəzi ölkələr kimi qapılarımızı bağlamırıq. Bağışlayın, biz insanları ölüm riski ilə üz-üzə qoya bilmərik”.

"Report”un xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

O bildirib ki, irqçiliyə qarşı birgə mübarizə aparılmasa, terrora qalib gəlmək mümkün olmayacaq: "Türkiyə 35 ildir, terrorla mübarizə aparır. Bu illər ərzində xeyli insan itirmişik. Terrora qarşı mübarizə aparırıqsa, səmimi olmalıyıq. Terrorçulara silah verənlər qınanmalıdır. 6 ildir, Suriyada insan öldürülür. Bunun qarşısı alınmalıdır”.
Ərdoğan qeyd edib ki, gənc nəsillərə gözəl gələcək nəsib etmək üçün birgə səy göstərilməlidir: "İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır, bu tədbirdədir. Eyni zamanda, radikal qruplaşmaların və onları dəstəkləyənlərin də gözü də Bakıdadır. Siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, dini liderlərin hərəsinin öz görəcəyi iş var. Fəaliyyətimizi koordinasiya edib, iş görməliyik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol