• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Harlem Desir: "Status-kvonu saxlamaqla həllə nail olunacağını düşünmək səhvdir”

Harlem Desir:
05.05.2016 18:52
"Tərəflər arasında etimad qırılıb, onların danışıqlar masasına qayıtmaq həvəsi çox azdır”

"Apreldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas xəttində baş verənlər onu göstərdi ki, mövcud status-kvonu saxlamaqla həllə nail olunacağını düşünmək ciddi səhvdir”.
 
APA-nın məlumatına görə, bu sözləri Fransanın Avropa məsələləri üzrə dövlət nazir Harlem Desir ölkə Senatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğuya cavabında deyib. O bildirib ki, münaqişə ildə onlarla mülki vətəndaşın və hərbçilərin ölümü ilə nəticələnir: "Bu gün təcili şəkildə atəşkəs bərpa olunmalı, hərbi toqquşmalar dayandırılmalı və  tərəflər danışıqlar yolu ilə həllə nail olmaq üçün danışıqlar masasına qayıtmalıdır. Bu, asan olmayacaq. Tərəflər arasında etimad qırılıb. Onların bu gün danışıqlar masasına qayıtmaq həvəsi çox azdır”.
 
H. Desir regiona səfərini xatırladaraq hər iki ölkənin prezidenti ilə görüşdə Fransanın həmişəki mesajını çatdırdığını qeyd edib: "Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkəni kompromisə çağırdım. Bu kompromisin parametrləri məlumdur. Madrid prinsiplərində də göstərildiyi kimi, bunlara güc tətbiq olunmaması, Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılması daxildir”.
 
H. Desirin sözlərinə görə, Fransa tərəfləri danışıqlar masasına qaytarmaq məqsədilə bütün təşəbbüslərə hazırdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol