Ermənistanın baş naziri Qarabağa gəlir
Ermənistanın baş naziri Ovik Abramyan bu gün ermənilərin işğal etdiyi qondarma Dağlıq Qarabağ Respublikasına (DQR) gəlib. ANS PRESS-in məlumatına görə, bu barədə "İnterfaks”a Ermənistan hökumətindəki mənbələrdən bildiriblər.
"Baş nazir ilə birlikdə Qarabağa bir sıra nazirlər də gediblər", - mənbə bildirib.
Son vaxtlar ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb. Sonuncu belə hadisə may ayının 2-də baş tutub. Ermənistanın ilk prezidenti, erməni milli konqresinin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib.O, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb.
Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Aprelin 18-i baş tutan səfər zamanı Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir