• $
  • £

İranda “hicabsız internet modelləri” həbs edildi

İranda “hicabsız internet modelləri” həbs edildi
17.05.2016 23:18
İran dövlət televiziyası bildirib ki, "Hörümçək 2” adlı reydin əsas hədəfi öz hicabsız fotolarını İnstagramda yayan qadınlar olub

İranda polis "internetdə qeyri-islami davranışa” qarşı keçirilmiş reydin əsnasında ölkənin tanınmış 8 qadın modelini həbs edib.

İran mediasının xəbərlərinə görə bu qadınlar hicabsız fotolarını İnstagrama yerləşdiriblər.

Qərb mətbuatı isə bildirir ki, son parlament seçkilərində islahatyönlülərin qələbəsi mühafizəkarları qəzəbləndirib və indi onlar bu yolla bir növ qisas alırlar.

İran dövlət televiziyası bildirib ki, "Hörümçək 2” adlı reydin əsas hədəfi öz hicabsız fotolarını İnstagramda yayan qadınlar olub.

Televizya xəbərlərindəki süjetlərdən birində özünün sarışın saçları və gəlinlik paltarlarını nümayiş etdirməsi ilə tanınan Elham Arab adlı qadının Tehran prokuroru Abbas Jafari Dowlatabadi tərəfindən sorğu-sual edilməsi görüntülənib.

Xanım Arab deyib ki, "bütün insanlar gözəllik və şöhrət axtarırlar, görünmək istəyirlər, lakin bunun çox baha başa gəldiyini unutmaq olmaz”.

O telekameralar qarşısında İslam qaydalarını pozduğunu etiraf edib.

İran televiziyası model qadınlara qarşı konkret hansı ittihamların irəli sürüldüyü barədə məlumat verməyib.

7 min mülki geyimli "əxlaq polisi”

Lakin xəbər verilir ki, sözü gedən reyd zamanı 58 model və 59 fotoqraf da daxil 170 nəfər saxlanıb.

İran mediası yazır ki, saxlananların biznesləri, Instagram və Facebook hesabları bağlanıb.

Dowlatabadi "İran” qəzetinə deyib ki, "biz bu sahədəki düşmənin hərəkətlərinə qarşı mübarizə aparmalıyıq”.

Rəsmilər bildirirlər ki, bundan əvvəl keçirilmiş 1-ci "hörümçək” əməliyyatından məqsəd "pornoqrafiya və müqəddəslərin təhqir olunmasının kökünü kəsmək” idi.

Ötən aprel ayında Tehran polisinin rəisi general Hossein Sajedinia bəyan etmişdi ki, şəriət geyim məcəlləsini pozanların yaxalanması məqsədilə paytaxta 7 min mülki geyimli qadın və kişi polis buraxılıb.

ABŞ mediası xəbər verir ki, İranda əhalinin 40 faizinin internetə çıxışı olsa da, ölkədə internet azadlığı yox dərəcəsindədir.

Müşahidəçilər bildirirlər ki, adətən belə qanun pozuntuları bir neçə aylıq həbs və ya şallaqla cəzalandırılır. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Mədəniyyət 10:20
“Oskar” mükafatına namizədlərin adı açıqlandı
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Mədəniyyət 09:18
Nağılvari Vyana meşələri - FOTO+VİDEO
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Mədəniyyət 07:01
Xalq artisti Muxtar Maniyevin ikinci ayağı amputasiya olundu
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Mədəniyyət 06:01
Qızıl əlli usta - Rövşən Ənsari - FOTOREPORTAJ
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
Mədəniyyət 05:44
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Mədəniyyət 05:09
“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Mədəniyyət 03:17
Xalça muzeyində “Zərgərlik inciləri” bölməsi açıldı - FOTOLAR
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Mədəniyyət 01:43
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Mədəniyyət 22:54
Bakıda Rəşid Behbudovun heykəli ucaldılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol