Sarqsyan Azərbaycan prezidenti ilə görüşünə münasibət bildirdi
Ermənistan prezidenti Serj Sarqsyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşünə münasibət bildirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, görüşü ümumilikdə "normal" adlandırıb.
"Normal. Düşünürəm ki, tezliklə bəyanat verəcəklər, eşidəcəksiniz", - deyə Sarqsyan jurnalistlərin görüşün necə keçməsinə dair sualını cavablandırarkən bildirib.
Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir