• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev AŞPA-nın fəxri sədri ilə Qarabağı müzakirə etdi

İlham Əliyev AŞPA-nın fəxri sədri ilə Qarabağı müzakirə etdi
18.05.2016 14:43
Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, AŞPA-nın fəxri sədri Rene van der Lindeni qəbul edib.

Azərbaycan ilə Niderland arasında əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu işdə Rene van der Lindenin səylərini yüksək qiymətləndirib.

Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərin daim artdığını deyən Prezident İlham Əliyev iki dövlətin biznes sahəsində əməkdaşlığına toxunaraq getdikcə daha çox Niderland şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edib. 

Niderlandın Maastrixt Universiteti ilə Azərbaycanın "ADA” Universiteti arasında qurulan əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bütün bunları əməkdaşlığımızın müsbət göstəriciləri kimi dəyərləndirib.

Azərbaycanın ölkəsi ilə əməkdaşlığından məmnunluğunu ifadə edən Rene van der Linden bu əməkdaşlığa, xüsusən Niderlandın Limburq vilayəti ilə qurulan əlaqələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Rene van der Linden hər iki tərəfin bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini deyib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol