Qurbanqulu Berdıməhəmmədov İlham Əliyevi təbrik etdi
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində ölkənizin dost xalqına ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram. Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim. Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət
17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir