Ranyeriyə ali dövlət ordeni
"Lester"in italiyalı baş məşqçisi Klaudio Ranyeri dövlət mükafatı ilə təltif edilib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 64 yaşlı mütəxəssis III dərəcəli "İtaliya Respublikası qarşısında Xidmətlərinə görə” (yüksək zabit) ordeninə layiq görülüb.
Qeyd edək ki, K.Ranyeri "Lester”lə İngiltərə Premyer Liqasının 2015/2016 mövsümünün qalibi olub. Bundan başqa, o, ölkə çempionatının ən yaxşı baş məşqçisi seçilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər