"Bakı-2016"nın bombardiri
akıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb. ANS PRESS-in məlumatına görə, Portuqaliya yığması tarixində 6-cı dəfə qitə birinciliyinin qalibi olub.
Portuqaliyalılar finalda İspaniyadan üstün olub. Qarşılaşmada qalib müəyyənləşməyib (1:1) və çempionun adına penalti seriyasında aydınlıq gəlib. Bu zaman daha dəqiq oynayan Portuqaliya qələbə qazanıb - 5:4.
Turnirin bombardiri Portuqaliya millisindən Joze Qomes olub - 7 qol. Millimizlə qrup mərhələsindəki oyunda dubl edən futbolçu qrupda Şotlandiyanı və yarımfinalda Hollandiyanı bir, 1/4 finalda Avstriyanı 3 dəfə məyus edib.
Bakıda Avropa çempionatının qalibi müəyyənləşdi
Portuqaliya və İspaniyanın U-17 milliləri bu günlərdə ikinci dəfə finalda üz-üzə gəliblər. 2003-cü ildə keçirilmiş həlledici qarşılaşmada Portuqaliya (2:1) qələbə qazanıb. Lakin həmin çempionat qalib komandanın vətənində təşkil olunub.
17 yaşlılar arasında Avropa çempionatı
Portuqaliya - İspaniya - 1:1
Qol: Dieqo Dalot, 27 - Brahim Diaz, 32
Penaltilər seriyası: 5:4
Hakimlər: Petr Ardeleanu (Çexiya), Balaj Buzaş (Macarıstan), Ceyhun Sesigüzel (Türkiyə), Qunnar Yarl Yonsson (İslandiya)
8-ci km qəsəbə stadionu
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər