• $
  • £

Pekin Olimpiadasının 10 rusiyalı medalçısında dopinq aşkar edildi

Pekin Olimpiadasının 10 rusiyalı medalçısında dopinq aşkar edildi
25.05.2016 12:16
Rusiyanın 2008-ci il Pekin Olimpiadasında iştirak edən idmançılarının 14-ə aid nümunələrin təkrar analizi onların dopinq qəbul etdiklərini göstərib

Rusiya Olimpiya Komitəsi bildirib ki, ölkənin 2008-ci il Pekin Olimpiadasında iştirak edən idmançılarının 14-ə aid nümunələrin təkrar analizi onların dopinq qəbul etdiklərini göstərib.

İdman naziri Vitaly Mutko bunu Rusiya idmanı üçün "heç də yaxşı olmayan xəbər” adlandırıb.

Bununla belə Mutko xarici mediaya müsahibəsində baş verənlərin Rusiyada dopinq qəbulu ilə bağlı əsl mənzərəni əks etdirmədiyini söyləyib.

Rusiya idmançılarına hələlik beynəlxalq yarışlarda iştirak qadağan edilib.

Beynəlxalq Olimpiya Komitəsi bundan əvvəl Rusiyanın 31 idmançısına Rio Olimpiadasında iştirakın qadağan edildiyini bildirmişdi.

Böyük məyusluq

Rusiyanın idman rəsmiləri deyirlər ki, onlar dopinqlə bağlı ciddi tədbirlər görür və belə pozuntulara yol vermis idmançıları sərt cəzalandırırlar.

Moskva bildirir ki, Rusiya Rioda keçiriləcək olimpiadaya yalnız "təmiz idmançılarla” qatılmaq istəyir.

Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasının Rusiya idmançılarının növbədi olimpiadada iştirak edib-etməyəcəyinə dair qərarı iyunun 17-də bəlli olacaq.

Cənab Mutko deyib ki, yaranmış vəziyyət Rusiyaya "böyük məyusluq” gətirib.

Rusiya Olimpiya Komitəsi sözü gedən 14 idmançının adlarının hələlik açıqlanmayacağını bildirib, beləki onların ikinci analizinin nəticələri hələ alınmayıb.

Bununla belə, Rusiyanın idman mediası sözü gedən 14 idmançıdan 10-nun Olimpiya medalçısı olduğunu bildirir. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol