• $
  • £

"Çox istərdim ki, olimpiadada ölkəmin bayrağını özüm daşıyım"

27.05.2016 20:40
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində Toğrul Əsgərov təmsil edəcək.
 
Bu barədə "Report"a 24 yaşlı pəhləvanın özü açıqlama verib.

Bu çəkidə T.Əsgərov və Hacı Əliyev arasında rəqabətin olacağı gözlənilsə də, ikincinin 57 kq-a düşməsi səbəbindən olimpiya çempionunun yolu açılıb. Hazırda daxili rəqabət baxımından özü üçün ciddi rəqib görməyən T.Əsgərov olimpiadadakı rəqiblərini dəyərləndirib: "Məşqlər qaydasında davam edir. Artıq olimpiada ilə bağlı üçüncü məşqimizdir. Hazırlıqlar çox ciddi aparılır. Rəqiblərin hamısı güclüdür. 19 rəqibin hər biri özlüyündə iddialıdır. Onlar arasında sonuncu dünya çempionu Kuba əsilli italiyalı Frank Çamisonu fərqləndirərdim. Onunla görüşdə mənə qarşı ciddi hakim qərəzi olmuşdu.
 
Çalışacağam ki, olimpiadada öz gücümü göstərim və ondan daha güclü olduğumu sübut edim".
 
T.Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran 2 idmançıdan biri olub. Digər çempion Şərif Şərifov Dağıstan əsilli olduğundan, "Rio-2016"da bayraqdar funksiyasını məhz gəncəli güləşçinin yerinə yetirəcəyi gözlənilir. Onun özü də belə şərəfli missiyanı yerinə yetirməyə hazır olduğunu söyləyib: "Çox istərdim ki, ölkəmin bayrağını daşıyım. Çünki bu, böyük şərəfdir. Bayrağı daşımaq mənə həvalə olunsa, çox sevinərəm".
 
Qeyd edək ki, Toğrul Əsgərov 2015-ci il dünya çempionatında 5-ci yeri tutaraq, "Rio-2016"ya lisenziya qazanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol