• $
  • £

"Formula-1" yarışı internet üzərindən yayımlanacaq

27.05.2016 20:02
Bunun üçün xüsusi radiotezliklər ayrılacaq

"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi pozitiv imicə malikdir və ölkə bu sahədə öz standartlarını formalaşdırıb. Hər yeni tədbiri bu standartda təşkil etməklə yanaşı, onu əvvəlkindən daha uğurla həyata keçirmək üçün yeni yanaşmaya ehtiyac olur". "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "The Business Year” jurnalına müsahibəsində deyib.

R.Quluzadənin sözlərinə görə, I Avropa Oyunları, "Eurovision" mahnı müsabiqəsi və bu kimi beynəlxalq tədbirlər ölkə üçün uğurlu bir təcrübədir: "Bu təcrübədən "Formula-1" Avropa Gran-pri yarışlarında faydalanacağıq. Bununla belə, çalışacağıq ki, daha keyfiyyətli xidmətlər göstərilsin. Bildiyiniz kimi, bu cür yarışlarda telekommunikasiya sahəsində xidmətlərin təşkili üzrə böyükhəcmli işlər görülür. Söhbət yarışların telekommunikasiya xidmətləri ilə hansı səviyyədə təmin edilməsindən gedirsə, deməliyəm ki, bunun üçün yaradılan işçi qrupu bütün texniki imkanlardan yararlanaraq dayanıqlı sistem qurulması üçün çalışır".

Lazımi məlumatların fasiləsiz ötürülməsi üçün dayanıqlı mobil rabitə sisteminin qurulacağını, yüksəksürətli və davamlı internet xidmətlərinin təşkil ediləcəyini qeyd edən nazir bildirib ki, oyunların dünyaya yayımı üçün bütün müasir resurslardan, o cümlədən "Azerspace-1" peykinin imkanlarından istifadə ediləcək. Yarışların yayımının yüksək keyfiyyət standartlarına uyğun aparılması üçün xüsusi radiotezliklər ayrılacaq .

"İndi yeni medianın auditoriyası ənənəvi mediadan daha genişdir və onlayn izləməyə tələbat böyükdür. Bunu nəzərə alaraq, yarışların internet üzərindən də yüksək keyfiyyətli yayımı nəzərdə tutulur. İnanırıq ki, telekommunikasiya xidmətlərinin keyfiyyətindən çoxsaylı yarış iştirakçıları, təşkilatçılar və turistlər məmnun qalacaqlar", - deyə R.Quluzadə əlavə edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol