Sneyder zədələndi
"Qalatasaray"ın futbolçusu Uesli Sneyder zədələnib.
Qol.az-ın "Voetbal İnternational"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu "Fənərbaxça" ilə dünən keçirilən kubokun final görüşündə (1:0) zədə alıb.
Fasilədən sonra əvəzlənən 31 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Lakin onun yoldaşlıq görüşlərində Hollandiya millisinə kömək edə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, bu gün İrlandiya ilə qarşılaşacaq Hollandiya yığması iyunun 1-də Polşa, 3 gün sonra isə Avstriya ilə oyunlarda qüvvəsini sınayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər