• $
  • £

Azərbaycan cüdo millisi 2 qızıl, 2 bürünc medalla "World Masters"in qalibi oldu

Azərbaycan cüdo millisi 2 qızıl, 2 bürünc medalla
30.05.2016 13:14
Sonuncu yarış günündə Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb

Meksikanın Qvadalaxara şəhərində keçirilmiş World Masters turnirində Azərbaycan cüdoçuları 4 medal qazanıb. "Report"un məlumatına görə, sonuncu yarış günündə Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

100 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, braziliyalı Lusiano Korrea, əlcəzairli Layes Buyakub, isveçli Martin Paçeki məğlub edib və finala yüksəlib. Həlledici qarşılaşmada isə Qasımov fransalı Siril Mareni ipponla yenərək, qızıl medala sahib olub. Eyni çəkidəki Elxan Məmmədov ilk görüşdəcə kubalı Xose Armenterosa 54 saniyəyə ipponla uduzaraq, mübarizəni dayandırıb.

90 kq çəkidə çıxış edən Məmmədəli Mehdiyev ilk qarşılaşmada rusiyalı Xusen Xalmurzayevə, təsəlliverici görüşdə Markus Nimana yenilib və 7-ci yerlə kifayətlənib.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri kubalı Aleks Qarsia Mendoza, braziliyalı Rafael Silva və rusiyalı Aslan Kambiyevi üstələsə də, yarımfinalda rumıniyalı Daniel Natyaya, bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Roy Meyerə ipponla yenilərək, 5-ci olub.
Daha öncə Orxan Səfərov (60 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib çıxıb.
Beləliklə, 2 qızıl, 2 bürünc medal əldə edən Azərbaycan millisi 51 ölkənin qatıldığı "World Masters"i kişilərin sıralamasında 1-ci,ümumi sıralamada 2-ci pillədə başa vurub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol