• $
  • £

​"Kəpəz" 16 futbolçu ilə müqavilə imzalayıb

​
31.05.2016 10:37
 Gəncənin "Kəpəz" klubu 5 yeni futbolçu ilə müqavilə imzalayıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Rəvan"dan Novruz Məmmədov, "Xəzər Lənkəran"dan Vüqar Bəybalayev və Tural Qürbətov, "Zirə"dən Nicat Qurbanov və "Ağsu"dan Davud Kərimi bundan sonra "sarı-göylər"də çıxış edəcək.

Baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən, 11 oyunçu ilə müqavilə müddəti artırılıb. Qapıçılar Tadas Simaitis və Eyyub Əliyev, müdafiəçilər Tural Axundov, Tural Nərimanov və Azad Kərimov, yarımmüdafiəçilər Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov və Kərim Diniyev, hücumçular Tural Rzayev və Julien Ebahla anlaşmalar yenilənib.
Onların hamısı ilə 1 illik sövdələşmə əldə olunub. Bu futbolçulardan əlavə, hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənib.

Əvəzində klub 6 futbolçu ilə yollarını ayırıb. Onlar Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov və Junior Osvaldodur. Bu futbolçuların "Kəpəz"lə olan müqavilə müddəti başa çatıb.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqada 2015/2016 mövsümünü 56 xalla 5-ci pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol