• $
  • £

Rusiyalı ikiqat dünya çempionu olimpiadaya yollanmaqdan imtina etdi

Rusiyalı ikiqat dünya çempionu olimpiadaya yollanmaqdan imtina etdi
31.05.2016 21:00
Bakı 2015in qalibi ölkə çempionatındakı qalmaqaldan sonra bu addımı atıb

Rusiyalı sərbəst güləşçi Viktor Lebedev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib. "Report"un məlumatına görə, 28 yaşlı pəhləvan bir neçə gün öncə ölkə çempionatında baş vermiş qalmaqaldan sonra bu addımı atıb.

"Bir insan kimi mənə çox ağırdır. Hər şeyi dərindən fikirləşdim, götür-qoy etdim və belə qərar verdim. Bu, ləyaqət məsələsidir. Haqsızlığa dözə bilərəm. Amma həyasızcasına sürüyürlərsə, buna dözmək mümkün deyil. Çətin ki, olimpiadaya gedim" - deyə V.Lebedev bildirib.

Yakutskda keçirilmiş Rusiya çempionatının 57 kq çəki dərəcəsi üzrə 1/4 final görüşündə o, dağıstanlı İsmayıl Musukayevlə qarşılaşıb. V.Lebedev hesab 2:0 Muskayevin xeyrinə olduğu vaxt rəqibini xalçadan kənara çıxarıb. Hakimlər bunu 2 balla qiymətləndiriblər. Nəticədə dağıstanlılar qərardan narazı qalıb. İ.Musukayev əsəbi halda yakutiyalı güləşçini itələyib. İşə əvvəlcə məşqçilər, sonra OMON qarışıb.

Görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Əlavə göstəricilərə əsasən, hakimlər qələbəni V.Lebedevə veriblər. 3 saatlıq araşdırmalardan sonra onun qələbəsini qüvvədə saxlayıblar. Dağıstan yığması isə etiraz əlaməti olaraq, tam heyətlə çempionatdan çəkilib.

Final qarşılaşmasından sonra ilk pilləyə iki güləşçi - Lebedevlə buryatiyalı Aleksandr Boqomoyev qalxıb. Buryatiya komandasının nəticəyə yenidən baxılması tələbindən sonra hakimlər qızıl medalları 2 idmançıya verməyi qərara alıblar. V.Lebedev imtina etdiyi çəkidə olimpiadada çıxış etməyə Hacımurad Rəşidov, Camal Otarsultanov və Aleksandr Boqomoyevin daha hazırlıqlı olduqlarını bildirib.

Qeyd edək ki, Viktor Lebedev karyerası ərzində 2 dəfə dünya çempionu, həmçinin "Bakı-2015" I Avropa Oyunlarının qalibi olub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində Azərbaycanı Avropa və ikiqat dünya çempionu Hacı Əliyev təmsil edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol