• $
  • £

"Karyeramın ən çətin mövsümünü keçirdim" – Qriqorçuk

01.06.2016 20:17
"Ötən mövsüm asan keçmədi, bu, dəqiqdir. Başa çatan mövsümü iki hissəyə bölərdim. Ötən yay Avroliqada 4 mərhələ keçərək, qrup mərhələsinə vəsiqə qazandıq. Bu, fantastik nəticə idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibəsində deyib.

Ukraynalı mütəxəssis ötən mövsümün məşqçilik karyerasında çox çətin keçdiyini bildirib: "Azərbaycan çempionatında çox çətin mövsüm keçirdik. Deyərdim ki, hətta məşqçilik karyeramın ən çətin mövsümü oldu. Burada hansısa üzüntüdən söhbət gedə bilməz. Bu nəticəni yaxşı saymaq olar. Təbii ki, mövsümə "Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq istəyi ilə başladıq. Deyirdik ki, bu, mümkündür, ancaq alınmadı".

Qriqorçuk çempionatda əsas rəqiblərinin "Qarabağ" olduğunu bildirib: "İnsanlar yüksək ideyalarla yaşamalı və qarşılarına məqsəd qoymalıdılar. "Qarabağ" bizdən güclüdür və çempionluğa layiq komandadır. Mövsümü dəyərləndirsək, "Qarabağ"la bir-iki oyunu çıxsaq, digər oyunlarda qələbə qazana bilərdik. Lakin bir Ancaq çempionat ərzində bir problemlə üzləşdik – qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Hətta bəzi oyunlarda 10 qol imkanını boşa verdik. "Qarabağ" bizim əsas rəqibimizdir. Bu komandada hər şey yüksək səviyyədə qurulub və düşünürəm ki, Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə düşməyə yaxındır. Mən də onlar üçün bunu arzulayıram". 

Komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirən Qriqorçuk "Qəbələ"nin turnirdə oyun sərgilədiyini bildirib: "Avropa Liqasının qrup mərhələsində layiqli çıxış etdiyimizi düşünürəm. Siz də anlayırsınız ki, "Borussiya" (Dortmund) aramızda fərq böyük idi. Bununla belə, onlara qarşı Bakıdakı görüşdə 3-4 qol imkanı əldə etsək də, bunlardan yararlana bilmədik. Həmin görüşdə 1:3 hesabı ilə uduzsaq da, yaxşı oyun nümayiş etdirdik. Eyni sözləri "Krasnodar"la səfər oyunu haqda deyə bilərəm. Rusiyada 1:2 hesabı ilə uduzsaq da, mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdik. PAOK-a isə nə evdə, nə də səfərdə məğlub olmadıq. Bir sözlə, Avroliqada yaxşı təcrübə qazandıq". 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol