• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir"

01.06.2016 20:40
Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu dinləmələr keçirib.

"Report”un xəbərinə görə, tədbirdə dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri İşçi Qrupun həmsədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açaraq bildirib ki, İşçi Qrup fəaliyyətini uğurla davam etdirir: "İşçi Qrupun tərkibində olan qeyri-hökumət təşkilatları da fəallıq göstərirlər. İşçı Qrupun fəaliyyəti normaldır, bundan sonra da işlərimizi davam etdirəcəyik”.

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov çıxışında deyib ki, vətəndaş cəmiyyəti ilə hökumət arasındakı dialoq səmərə verir: "Qeyri-hökumət təşkilatları bu istiqamətdə fəallıq göstərirlər. Bu, müsbət haldır. Hesab edirəm ki, İşçı Qrupun fəaliyyəti səmərəlidir”.

Sonra vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək insan haqları ilə bağlı fikirlərini bildiriblər.

Tədbir qapalı davam etdirilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Siyasət 21:25
ABŞ Konqresinin saytında 907-ci düzəlişin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Siyasət 19:54
Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik - XİN
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:57
Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Siyasət 17:48
Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın və Aİ-nin maraqlarına cavab verir
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Siyasət 17:37
Azərbaycan-İsrail münasibətləri İbrahim sazişlərindən kənarda formalaşıb – Bayramov
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Siyasət 17:12
Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Siyasət 16:33
Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Siyasət 16:25
Mina xəritələrinin təmin edilməsi 2020-ci ildən Azərbaycan üçün prioritet istiqamət olub- XİN rəsmisi
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Siyasət 15:59
Azərbaycan TDT ilə mülki müdafiə sahəsində əməkdaşlığı genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol