• $
  • £

​Azərbaycan velosipedçisi "Rio-2016"ya lisenziya qazanıb

​Azərbaycan velosipedçisi
02.06.2016 17:33
Azərbaycanın şose velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina 2016-cı il Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) "Report"a verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Milli Olimpiya Komitəsinə və AVİF-ə təsdiq məktubu göndərilib.

Y.Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, qadın velosipedçilər Yay Olimpiya Oyunları keçirilən il mayın 31-dək klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015 - 2016-cı illərdə Avropa və Asiyada bir sıra yarışlarda uğurla çıxış edən Yelena Pavluxina ümumilikdə 149 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 67 velosipedçi sırasına düşmək üçün yetərli olub.

Bununla da Azərbaycan velosipedçilərinin olimpiadaya qazandıqları lisenziyaların sayı 4-ə çatıb. Maksim Averin və Yelena Pavluxina Braziliyada şose velosipedinin qrup yarışlarında, Olqa İsmayılova isə trek velosipedinin sprint və keyrin növlərində ölkəmizin idman şərəfini qorumaq hüququ əldə ediblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol