• $
  • £

Burak Yılmaz: “İspaniyadan geri qalmırıq”

Burak Yılmaz: “İspaniyadan geri qalmırıq”
06.06.2016 20:24

"Heç kəsin zədədən əziyyət çəkməsini istəmirəm. Zədə səbəbindən oynamamaq futbolçuya pis təsir edir. Milli komandada 9 aydan sonra ilk qolumu vurduğumu bilmirdim. Ölkəmi təmsil etmək, Avropa çempionatında oynamaq qürurvericidir".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin futbolçusu Burak Yılmaz "Avro-2016" öncəsi Sloveniya ilə keçirdikləri yoxlama oyunundan (1:0) sonra deyib.

Komandasının qələbə qolunun müəllifi olan 30 yaşlı hücumçu bildirib ki, yoxlama oyununda fərqlənməsi Avropa çempionatı öncəsi özünə olan inamı artırıb:

"Artıq çox insan millini dəstəkləyir. Avropa çempionatına ən yaxşı formada hazırlaşmışıq. Düzdür, bəzi çatışmazlıqlar var. Ancaq yenə də bu turnirə hazırıq. Avropa çempionatında daha yaxşı oynamalıyıq. Qrup mərhələsində qarşılaşacağımız İspaniya, Xorvatiya və Çexiya güclü komandadırlar. Ancaq biz onlardan geri qalmırıq”.

Qeyd edək ki, B.Yılmaz Sloveniya ilə oyunda vurduğu qoldan sonra Türkiyə millisinin tarixində ən çox fərqlənən (20 qol) 4-cü futbolçu olub. Bu göstəricidə ilk pillədə 51 qolla Hakan Şükür qərarlaşıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol