• $
  • £

Fatih Terim: " Avropa çempionatı səhvləri bağışlamır"

Fatih Terim:
06.06.2016 13:12
"Bu, Avropa çempionatı öncəsi son matçımız idi. Oyuna yaxşı başladıq. Ancaq qol vurduqdan sonra topu rəqibdən almaqda çətinlik çəkdik. İkinci hissə daha fərqli keçdi. Sürətli hücumlarımız rəqibə təhlükə yaratdı. Topla çox oynayan tərəf biz olduq. Qalibiyyət gözəldir, ancaq bizim üçün qələbə qazanarkən doğrularımızı, yanlışlarımızı görmək daha önəmlidir".


Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016" öncəsi Sloveniyaya 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

O, qarşılaşdıqları hər bir komandanın ciddi rəqib olduğunu bildirib:

"Hər bir komanda ciddi rəqibdir. Bəzi futbolçuları zədələnmələrinin qarşısını almaq üçün əvəzlədim.  Oyunçularım məşqlərdə, yoldaşlıq görüşlərində özlərini yaxşı tərəfdən göstərirlər.Avropa çempionatının mühiti fərqli olacaq. Səhvlərimizi bu turnirə kimi düzəldəcəyik. Qələbə qazanmaq istəyimiz heç vaxt azalmayacaq.  Bu, bizim ən önəmli silahımız olmalıdır. Amma əsas olan oyun zamanı nəzarəti ələ almaqdır. Bugünkü görüşdə bu baxımdan bir az çətinlik çəkdik. Ancaq yenə də komandadan məmnunam. Səhvlərimizi gördük. Həmin səhvləri Avropa çempionatında etməyəcəyik. Çünki bu turnir səhvləri bağışlamır".

F.Terim aylar sonra millidə qol vuran Burak Yılmaz haqda da danışıb:

"Burakın bugünkü çıxışı sevindirici idi. Qapıçımız və müdafiəçilərimizin oyununu da bəyəndim. Orta xəttdə də istədiyim kimi çıxış etdik.  Nələr etdiyimizi yenidən görmək üçün bu matçın videoyazısınızı izləyəcəyik. Türkiyə millisi qələbə qazanmağa davam edir. Bütün matçlarda yaxşı oynamağa çalışacağıq".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman 23:30
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol