PSJ Blanla yollarını ayırdı
PSJ baş məşqçisi Loran Blanla yollarını ayırıb.
Qol.az-ın "L’Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, tərəflər arasında müqavilənin ləğvi ilə bağlı razılıq əldə olunub.
Paris təmsilçisi 50 yaşlı mütəxəssisə 22 milyon avro təzminat ödəyəcək. Yaxın günlərdə Blanın vəzifəsindən ayrılması ilə bağlı rəsmi açıqlama veriləcək. Fransalı mütəxəssisi PSJ-də "Sevilya"dan ayrılan Unai Emerinin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Blan 2013-cü ildən PSJ-ni çalışdırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər