• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirliyi Musiqili Teatra təşəkkür etdi

ABŞ səfirliyi Musiqili Teatra təşəkkür etdi
29.05.2020 04:47
2016-cı il 14-21 may tarixlərində ölkəmizdə keçirilən Amerika Günlərində Azərbaycan Dövlət Musiqili Teatrı uğurla iştirak edib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert F. Sekuta teatra təşəkkür məktubu göndərib. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanlanan məktubda Azərbaycan və Amerika sənətçilərinin əməkdaşlığı yüksək qiymətləndirilir, baş tutan tədbir multikulturalizmin bariz nümunəsi kimi diqqətə çatdırılır.

"Hörmətli cənab Lalayev!

...Amerika Günləri Mədəniyyət Festivalı çərçivəsində Amerika və Azərbaycan sənətkarları arasında yaradılmış möhkəm əməkdaşlıq üçün  və Amerikanın "Silver City Bound” musiqi qurupunu Azərbaycan Dövlət Musiqili Teatrında qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Dövlət Musiqili Teatrı əzəmətli bir məkandır və heyətiniz çox istedadlı sənətkarlardan ibarətdir. Yalnız bir həftə ərzində keçirilmiş məşqlər zamanı əldə etdiyiniz nailiyyətlər heyrətamizdir. Amerika Günləri vasitəsilə biz Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirərək multikulturalizmin hər iki cəmiyyət üçün əhəmiyyətini aşılamaq istəyirdik. Azərbaycan Dövlət Musiqili Teatrında çıxışlar, Amerika və Azərbaycan ifaçıları arasındakı əməkdaşlıq bu məqsədlərə nail olmaq üçün göstərilən səylərin davamı idi və Sizin bu festivala olan töhfənizi yüksək qiymətləndiririk. Gələcəkdə yenidən əməkdaşlıq etmək arzusu ilə Sizə uğurlar arzulayıram. Salamlarımı möhtəşəm heyətinizə çatdırmağınızı xahiş edirəm”, - deyə ABŞ-ın ölkəmizdəki səfiri Robert F. Sekutanın imzaladığı təşəkkür məktubunda qeyd olunur.

Xatırladaq ki, Azərbaycanda keçirilən Amerika Günləri çərçivəsində Dövlət Musiqili Teatrı Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Layihə 2 gün təqdim olunub və tamaşaçılarda böyük maraq, xoş ovqat doğurub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol