• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

BP Təhsil Nazirliyi ilə yeni layihəyə başlayır

BP Təhsil Nazirliyi ilə yeni layihəyə başlayır
22.09.2016 14:39
BP-Azerbaijan" şirkəti Azərbaycandakı layihələrin tərəfdaşları adından kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olaraq Təhsil Nazirliyi ilə yeni layihəyə başlayır. 

"Report" xəbər verir ki, dəyəri 358 min manat olacaq layihə nəticəsində kənd təsərrüfatı sahəsində bir sıra yeni peşə və ixtisasların yaradılması, bunun ölkənin aqrar sektorunda səmərəliliyə töhfə verməsi gözlənilir. 

Belə ki, bu layihə çərçivəsində BP və onun tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsili bazasını gücləndirmək öhdəliyi götürür. Tərəfdaşlıq ölkədə kənd təsərrüfatı üzrə bir sıra yeni peşə və ixtisaslar üçün müasir tədris materiallarının, dərsliklərin və təlim metodologiyasının hazırlanmasını əhatə edir. 

Pilot mərhələdə yeni yaradılmış peşə və ixtisas bölmələri üzrə 20 nəfərə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu mərhələ uğurlu olarsa, layihə ölkədəki kənd təsərrüfatı üzrə bütün peşə məktəblərini əhatə edəcək. 

Layihə bu ilin sentyabr ayından 2017-ci ilin sentybr ayına qədərki 1 ili əhatə edəcək və "British Council" tərəfindən icra ediləcək. Yeni yaradılmış peşə və ixtisas bölmələri bağçılıq (bitkilər və onlardan istifadə; əkin və qulluq/təsərrüfat işləri; torpaq və substratlar - 3 modul), bitkiçilik (taxılın yetişdirilməsi; meyvəçilik; qarğıdalının yetişdirilməsi; meyvəköklülərin yetişdirilmısi; pambığın yetişdirilməsi - 5 modul), kənd təsərrüfatı texnikası / aqro-xidmətlər (maşın mexanizmlərinə texniki xidmət; maşın mexanizmlərin təmiri; kənd təsərrüfatı texnikasından istifadə; kənd təsərrüfatı texnikası ilə işlərin tamamlanması - 4 modul) kimi sahələri əhatə edəcək. 

Tərəfdaşlıq proqramına başlanması münasibətilə bu gün Bakıda keçirilmiş tədbrdə çıxış edən BP-nin Azərbaycan,Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, bu yeni yaradılmış qiymətləndirmə bazalarından, tədris planından, dərsliklərdən və digər tədris materiallarından istifadə etməklə 12 təlim modulundan ibarət olan əhəmiyyətli bir layihədir. 

"Biz inanırıq ki, bu layihə peşə məktəblərinin məzunları üçün məşğulluq imkanlarının artırılması istiqamətində görülən ümumi səylərə dəstək verir və yerli əmək bazarında kənd təsərrüfatı sahəsində ixtisaslaşmış insanlara olan tələbatın ödənilməsinə yardım edir. Bütün bunlar ölkədə kənd təsərrüfatının inkişafı məqsədlərinə cavab vermək üçün Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu tərəfindən yoxlanıb təsdiqlənəcək. Biz bu pilot layihədən yüksək keyfiyyətli nəticələr gözləyirik və inanırıq ki, o ölkədə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni metodologiyanın, yeni ixtisas bölmələrinin və tendensiyaların yaradılması prosesini gücləndirəcək",- deyə Q.Birrell əlavə edib. 

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov isə yeni layihənin ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olan kənd təsərrüfatının tərəqqisinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol