• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Yerli malların xarici bazara çıxarılma imkanları artırılır

Yerli malların xarici bazara çıxarılma imkanları artırılır
22.09.2016 20:35
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncam imzalayıb. 

Oxu.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qeyd olunan sərəncamı şərh edib. 

Mərkəzdən bildiriblər ki, sərəncam yerli malların xarici bazarlara çıxarılması imkanlarını daha da artırmaq, beynəlxalq bazarların tələbinə uyğun malların istehsalını sürətləndirmək məqsədi daşıyır: 

"Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç ay müddətində ölkədə istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatları özündə əks etdirən internet portalını yaratmalıdır. 

Bu portaldan Azərbaycan, ingilis və rus dillərində məlumatlar əldə etmək mümkün olacaq ki, bu da istifadəçi dairəsinin genişlənməsinə imkan yaradacaq.

Portalda istifadəsi sadə, lakin əhatə dairəsi geniş olan axtarış sisteminin yaradılması da nəzərdə tutulur.

Belə ki, istifadəçi hər bir malın növü, onun istehsalçısı, faktiki ünvanı, əlaqə vasitələri, hətta müəssisənin istehsal imkanları, tərəfdaşları və s. barədə məlumatları bu sistem vasitəsilə əldə edə biləcək.

İstehsalçılarla məlumatların elektron şəkildə və daha operativ mübadiləsi, istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədilə portalda "elektron kabinet” bölməsinin yaradılması istifadəçilərin daha operativ məlumat əldə etməsini təmin edəcək.

Sahibkarlar tərəfindən məlumatların mütəmadi olaraq portalda yerləşdirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təbliğat-təşviqat tədbirləri həyata keçiriləcək, portal barədə məlumatlar kütləvi informasiya vasitələri ilə işıqlandırılacaq.

Portalın yaradılması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 400 min manat vəsait ayrılacaq ki, bu vəsaitin təyinatı üzrə xərclənməsinin təmin edilməsi və sərəncamdan irəli gələn digər məsələlərin həlli də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub” .

Mərkəzdən bildirilib ki, sərəncamda bu tədbirlərin həyata keçirilməsində aidiyyəti qurumların vəzifə və səlahiyyətləri də müəyyən edilib:

"Azərbaycan Prezidentinin, Nazirlər Kabinetinin normativ hüquqi aktları iki ay, mərkəzi icra hakimiyyəti orqanlarının  normativ hüquqi aktları isə üç ay müddətində bu Sərəncama uyğunlaşdırılaraq, tədbirin həyata keçirilməsinə bilavasitə nəzarət edən ölkə Prezidentinə təqdim edilməlidir. Bunların təmin edilməsi Nazirlər Kabinetinə həvalə olunub. 

Bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsində yerli icra hakimiyyəti orqanlarının da böyük rolu olacaq.

Belə ki, portal istifadəyə verildikdən sonra yerli icra hakimiyyəti orqanları onların inzibati ərazisində fəaliyyət göstərən mal istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların dörd ay müddətində sahibkarlar tərəfindən portalda yerləşdirilməsini təmin etməlidirlər.

Bu məqsədlə onlar təşviqedici tədbirlər həyata keçirməli və yerləşdirilən məlumatların mütəmadi olaraq yenilənməsinə nəzarət etməlidirlər.

Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin müraciəti əsasında zəruri məlumatları təqdim etməli, sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq kömək göstərməlidirlər”.

Qeyd olunub ki, sərəncam istehsal olunan Azərbaycan mallarının həm yerli sahibkarlar arasında, həm də beynəlxalq səviyyədə təbliği üçün yeni imkanlar yaradacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol