• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

SOCAR rəhbərliyi Yunanıstana səfər edəcək

SOCAR rəhbərliyi Yunanıstana səfər edəcək
22.09.2016 13:54
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi bu ayın sonunda Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi məsələsinin müzakirəsi üçün Yunanıstana səfər edəcək. 

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

"Bu məsələ ilə bağlı danışıqlar aparılır. Onlar da bu görüşü gözləyirlər. Yəqin ki, bu ayın sonunda Yunanıstan rəhbərliyi ilə görüş keçiriləcək. Mən də bu görüşdə iştirak edəcəm" - deyə R.Abdullayev qeyd edib. 

Qeyd edək ki, İtaliyanın "Snam” şirkəti Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA-nın 66%-nin özəlləşdirilməsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə iştirak etmək istəyir.

Məlumata görə, sentyabrın 20-də Snam” şirkətinin nümayəndələri Yunanıstanın Energetika Nazirliyinin rəsmiləri ilə görüşüblər.

Yunanıstan mətbuatında yazılanlara görə, belə bir görüşün SOCAR rəsmiləri ilə Yunanıstan hökumət nümayəndələri arasında da baş tutacağı gözlənilir. Görüşün dəqiq tərixi bəlli olmasa da, hər iki tərəf məsələnin həll olunması üçün mümkün qədər tez görüşmək niyyətindədir.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avroluq təkliflə SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. "Snam" şirkəti 17%-lik səhm paketini əldə etməkdə maraqlı olduğunu bəyan edib.

Bu ilin iyulunda Yunanıstanın energetika naziri Panos Skurletis ölkə qanunvericiliyinə DESFA-nın gələcək fəaliyyətinə birbaşa təsir edəcək bəzi dəyişikliklər təklif edib. Parlamentdə qəbul edilən bu dəyişiklik DESFA-nın dəyərini və gələcək mənfəətini dramatik şəkildə azaldır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol