• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

SOCAR manatla da istiqraz buraxa bilər

SOCAR manatla da istiqraz buraxa bilər
23.09.2016 13:44
Azərbaycan Dövlət Neft şirkəti (SOCAR) gələcəkdə manatla da istiqraz buraxa bilər. 

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. 

O, ABŞ dollarına bağlı manat istiqrazlarının gələn il buraxıla biləcəyini istisna etməyib: "Manatla da istiqraz buraxmağı düşünürük. Biz ölkə daxilində manatla çoxlu əməliyyatlar aparırıq. Gələcəkdə də birjanı gücləndirmək üçün ilk dollara bağlı manatla istiqraz buraxa bilərik. Bu o deməkdir ki, həmin günün məzənnəsi ilə manatla alınan istiqrazın pulunu istənilən vaxt dollarla geri almaq imkanı olacaq. Bu da Azərbaycan manatının möhkəmlənməsinə, maliyyə bazarının inkişafına imkan yaradacaq".

R.Abdullayev həmçinin deyib ki, əgər dollarla olan ilk istiqraz emissiyası uğurlu olarsa, növbəti dəfə də dollarla istiqaraz buraxılacaq. Amma həmin istiqrazların illik gəlirliliyi bir qədər aşağı olacaq. 

Qeyd edək ki, sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan istiqrazları satışa çıxarılıb. Bu proses oktyabrın 10-na qədər davam edəcək.

Nominal dəyəri 1 000 ABŞ dolları olan istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 mln. dollardır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. İlkin yerləşdirmə (abunə yazılışı) zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan Respublikası vətəndaşları və yerli şirkətlər əldə edə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür.

SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən "(AzFinance", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital" ), 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən, Azərbaycan Beynəlxalq Bankı, "Kapital Bank", "Rabitəbank" və "Xalq Bank" ASC-lərdən əldə etmək mümkündür.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol