• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə görüşüb

Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə görüşüb
27.09.2016 19:37
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində sentyabrın 27-də bu ölkənin Baş naziri Aleksis Tsipras ilə görüşüb. 

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, saat yarım davam edən danışıqlar müsbət əhval-ruhiyyədə keçib. 

Baş nazir Aleksis Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirib. O bildirib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olması üçün bütün mümkün addımları atmağa hazırdır. Yunanıstanın baş naziri işçi qrupunun yaradılmasını təklif edib. 

Görüşdə işçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən baş nazirin müşaviri və dövlət nazirinin rəhbərlik etməsi haqqında razılıq əldə olunub. 

Qeyd edilib ki, işçi qrupu Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.

İşçi qrupunun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədilə SOCAR təminat məktubunun 2016-cı il oktyabrın 31-dək uzadılması haqqında qərar qəbul edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol