• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

"Neftin qiymətindən asılılığımızı azaltmışıq" - İlham Əliyev

25.10.2016 15:28
"Neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: 

"Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk.

Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda çox münbit sərmayə atmosferi var: 

"Azərbaycan postsovet məkanında adam başına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. 

Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol