• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Putin generallara qəzəbləndi: "Dəli olmusunuz?"

Putin generallara qəzəbləndi:
27.10.2016 21:00
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin generallarına Amerika ilə hərbi qarşıdurma riski yaratdıqları üçün bərk qəzəblənib.

Virtualaz.org xəbər verir ki, bu barədə yüksək rütbəli Rusiya rəsmisinə istinadən "Bloomberg" bildirir. Məlumata görə, Putin Rusiya qırıcılarının Qara dənizdə Amerika hərbi gəmisinə təhlükəli dərəcədə yaxın məsafədən uçması və gəmiyə hücumu imitasiya etmsinə görə generalları danlayıb.

Həmin insident oktyabrın 10-da baş verib. ABŞ donanmasının "Mount Witney" flaqmanı "regional təhlükəsizliyin təmin edilməsi üçün" Qara dənizə daxil olub. Rusiya isə gəmini qırıcılarla "qarşılayıb". Pentaqonun bildirdiyinə görə, Rusiya qırıcıları hərbi gəmiyə təhlükəli səviyyədə yaxın məsafədən uçublar və bunun riskli olduğu barədə xəbərdarlığa məhəl qoymayıblar.



Bu insident barədə xəbər tutan Putin Müdafiə Nazirliyinin rəhbərliyini müşavirəyə çağırıb və baş verənləri "çox riskli" adlandırıb. Bu zaman generallar deyiblər ki, amerikalılar baş verənlərə layiq idi. Məlumata görə, Putin generallara qəzəblənib. "Siz dəli olmusunuz? Başınız xarabdır?" - deyib.

Analoji insident bu ilin aprelində baş vermişdi. ABŞ-ın "Donald Cook" esminetsi Qara dənizə daxil olanda Rusiya bombardmançıları və qırıcıları onun üzərindən uçuşlar keçirib. Təyyarələrdən biri gəminin cəmi bir neçə metrliyindən uçub. Ağ Evdə bu insident hiddət doğurub. Vaşinqton bildirib ki, Rusiya pilotlarının hərəkətləri beynəlxalq hava və dəniz məkanında silahlı qüvvələrin davranış normalarına ziddir.


"Bloomberg" qeyd edir ki, Putinin bu reaksiyası Rusiya prezidentinin NATO və ABŞ-la hərbi toqquşmada maraqlı olmadığını, ancaq onun hakimiyyətində qarşıdurmanı dərinləşdirməyə can atan "qırğıların" mövcudluğunu göstərir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol