• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Moldovada prezident seçkisi baş tutdu - YENİLƏNİB

Moldovada prezident seçkisi baş tutdu - YENİLƏNİB
30.10.2016 17:36
Moldovada prezident seçkiləri baş tutub.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin baş tutması üçün seçicilərin ən azı 3/1-i seçkilərdə iştirak etməlidir.
 
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq seçicilərin 1/3-dən, yəni 33,3 faizindən çoxu prezident seçkilərində iştirak edib.
 
Qeyd edək ki, Moldovada seçki məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da başa çatacaq.  Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşmaq və Avropaya inteqrasiya tərəfdarları arasında gedir. Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.
 
Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq.
 
 
*** 
Bu gün Bakı vaxti ilə saat 8-də Moldovada prezident seçkisinə start verilib.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldova prezidenti vəzifəsi uğrunda 9 namizəd mübarizə aparır.

Eskpertlərin fikrincə, əsas mübarizə Rusiya yönümlü Sosialistlər Partiyasının sədri İqor Dodon və Moldovanın Avropaya inteqrasiya xəttini tutan Fəaliyyət və Həmrəylik Partiyasının sədri Maya Sandu arasında gedəcək.

Namizədlər seçicilərin 50% səsini toplamayacağı təqdirdə noyabrın 11-də prezident seçkilərinin 2-ci turu keçiriləcək. Səsvermədə 3,2 milyon seçicinin iştirakı nəzərdə tutulur.

Moldova üzrə 1981, ölkə hüdudlarından kənar, Azərbaycan da daxil olmaqla, daha 100 seçki məntəqələri yaradılıb.

Prezident seçkisini ümumilikdə 3764 müşahidəçi izləyəcək ki, onların da 562-si 52 beynəlxaq təşkilatı təmsil edən müşahidəçilərdir.

Dövlət büdcəsindən seçkilərin keçirilməsinə 3 milyon dollar ayrılıb.

Hazırki dövlət başçısı Nikolay Timofti ikinci müddətə prezident seçkilərində iştirak etməyəcək.

30 oktyabr seçkisi 1996-cı ildən bəri Moldovada ümumxalq səsverməsi ilə keçiriləcək ilk prezident seçkisi olacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Dünya 23:58
Suriya yeni pul vahidini dövriyyəyə buraxır
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Dünya 22:43
Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Dünya 21:51
Yaponiyada 5,6 maqnitudada zəlzələ baş verib
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Dünya 21:31
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
Dünya 20:10
Rusiya vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Dünya 19:25
İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv edib
Rusiya təyyarəsi təcilieniş edib
Dünya 11:09
Rusiya təyyarəsi təcilieniş edib
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Dünya 10:36
Qəzza sazişinin ikinci mərhələsi yanvarda başlayacaq
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Dünya 23:08
Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol