• $ 1.7
  • € 2.0045
  • ₽ 0.021798
  • ₺ 0.0397
  • £ 2.2973

Zakir Həsənov: "Ordumuz tapşırıqları qətiyyətlə yerinə yetirəcək"

Zakir Həsənov:
31.10.2016 13:14
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirin əhəmiyyətini vurğulayan Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil apararaq bu istiqamətdə fəaliyyətlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
 
 
2016-cı ilin cari dövründə Silahlı Qüvvələrimizin döyüş və mənəvi-psixoloji hazırlıq, həmçinin digər vacib sahələrdə qazandığı mühüm uğurlardan danışan nazir, bütün nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının dayandığını xüsusi qeyd edib.

 
Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıraraq əmin olduğunu bildirib ki, Silahlı Qüvvələrimiz xalqın və dövlətin etimadına cavab olaraq qarşıda qoyulan bütün tapşırıqları bundan sonra da qətiyyətlə yerinə yetirəcək.
 
Kamil ƏMİRLİ

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident idmançılarla görüşüb
Siyasət 11:23
Prezident idmançılarla görüşüb
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:01
Milli Məclisin növbəti iclası başlayıb
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Siyasət 08:00
Zaxarova AZAL təyyarəsinin qəzaya uğramasını Ukrayna ilə əlaqələndirib
Kadırov Prezidenti təbrik edib
Siyasət 20:29
Kadırov Prezidenti təbrik edib
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol