“FTB-nin rəhbəri vəzifəsini layiqincə yerinə yetirir” - Obama
FTB-nin rəhbəri noyabrın 8-də keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etməyə cəhd göstərmir.
"Qafqazinfo" "TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama "NBC” kanalında çıxışı zamanı bildirib.
"Mən əvvəllər də demişəm, indi də deyirəm, Ceyms Komi - yaxşı insandır. İnanmıram ki, o, seçkilərə hər hansı şəkildə təsir göstərməyə çalışır. Düşünürəm ki, o, vəzifəsini layiqincə yerinə yetirir və düzgün hərəkət etməyə çalışır”, - deyə Obama söyləyib.
Xatırladaq ki, Klinton kimi Obama da Demokratlar partiyasının üzvüdür və dəfələrlə onun namizədliyini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, FTB prezidentliyə namizəd Hillari Klinton barəsində "elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib. İddiaya əsasən, Klinton dövlət katibi (2009-2013-cu illərdə) vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. Nəticədə məxfi xarakterli dövlət məlumatlarının yayılmasına şərait yaradıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər