Kadırovdan 3 terrorçunun ekstradisiyası üçün - Ərdoğana müraciət
Çeçenistan lideri Ramzan Kadırov Türkiyə prezidenti Ərdoğandan bu ölkə ərazisində saxlanılan 3 döyüşçünün ekstradisiyasını istəyib.
"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin terrorçuların daha əvvəl Çeçenistan ərazisində fəaliyyət göstərdikləri qeyd edilir.
Kadırov açıqlamalarından birində terrorçuların liderləri olan Maxran Saidov, Aslanbek Vadalov və Tarxan Qaziyevin həm Rusiyada, həm də bütün dünyada çox yaxşı tanındıqlarını bildirmişdi. Onların adı çoxsaylı terrorda, hərbçilərin, polis əməkdaşlarının və mülki şəxslərin qətlində hallanır:
"Sizə müraciət edərək quldurların ekstradisiyası məsələsinə müsbət qərar verməyinizi xahiş edirəm. Bu, terrorçuların məhkəməyə verilməsi və qanunla məsuliyyətə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edərdi”.
Kadırovun sözlərinə görə, bu, eyni zamanda Türkiyə üçün də əhəmiyyətli qərardır. Çünki ölkədə bütün dünyada tanınan terrorçular olduqca, onun stabilliyi haqda düşünmək mümkünsüzdür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər