• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Gənc Tamaşaçılar Teatrında “Qrinç” göstəriləcək

Dövlət Gənc Tamaşaçılar Teatrında “Qrinç”  göstəriləcək
29.05.2020 03:15
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı  məktəblilərin qış tətili günlərində nümayiş olunmaq üçün yeni tamaşanın hazırlanmasına start verib. 

Teatrın mətbuata xidmətindən ANN.Az-a verilən məlumata görə, Teodor Syuz Qeyzelin "Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi "Qrinç” bu dəfə gənc rejissor Elşad Rəhimzadənin (səhnə redaksiyasının müəllifi) quruluşunda  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. 

Beləliklə, məktəblilərin qış tətili günlərində Dövlət Gənc Tamaşaçılar Teatrının öz izləyicilərinə ən gözəl hədiyyəsi "Qrinç” ("Yaşıl adam”) olacaq.  
Yeni il tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti Sevda Hacışəmiyevadır. 

Tamaşada Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif Dadaşov iştirak edəcəklər. 

Yeni il tamaşası cari ilin dekabr ayının 29-dan, 2017-ci ilin yanvar ayının 5-dək 12.00, 14.00, 16.00 və 18.00-da nümayiş etdiriləcək. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol