Mourinyo: "Hələ cənnətdə deyilik"
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandasının son uğurlu çıxışlarından bəhs edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis yaxşı nəticələrə baxmayaraq, hələlik lazım olan yerdə qərarlaşmadıqlarını bildirib.
O, lider "Çelsi”dən 10 xal geridə olduqlarını xatırladıb:
"Nə vaxt 2-3 ay ərzində qələbələri sıralasanız, onda sizin üçün cənnət başlaya bilər. İndi isə cənnətdə deyilik. Nəticələr yaxşı olanda komandada hamı dost olur, mehribanlaşır”.
Mourinyo klub rəhbərliyindən razılığını bildirib:
"Rəhbərlik həmişə mənə deyir ki, 3 il ərzinə burdasan, işini görməyə davam et. Onlar bildirib ki, pis nəticələr mənə qarşı fikirlərini dəyişdirməyəcək. Bu da məni xoşbəxt edir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər