"Qalatasaray" "Zenit"dən futbolçu alır
Türkiyənin "Qalatasaray" klubu heyətinə daha bir futbolçu cəlb edəcək.
ANN.Az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, İstanbul klubu Rusiya "Zenit"inin və Belçika millisinin müdafiəçisi Nikolas Lombertsi transfer edir.
Belçika mətbuatı Lombertslə bugünlərdə müqavilə imzalanacağını yazıb. "Zenit"in baş məşqçisi Mirça Luçeskunun futbolçunun keçidinə razılıq verdiyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı mərkəz müsafiəçisi 2007-ci ildən Sankt-Peterburq klubunda çıxış edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər