• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Prezident: Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub

Prezident: Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub
18.01.2017 19:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

Oxu.Az-ın məlumatına görə, Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şavaba təşəkkürünü bildirib.
 
Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd edib. 

Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və səbitliyin bərqərar olması istiqamətində mühüm tədbirlərin görüldüyünü deyib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlət başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Sərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirib. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışıb, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğulayıb.

Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini deyib, Roma Papası Fransiskin ölkəmizə səfərinin Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirib.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycanla Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu forumda iştirakının ikitərəfli əməkdaşlığa tövhə verdiyini vurğulayıb. Kalus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu deyib, Bakının gözəlliyindən danışıb, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm amil olduğunu bildirib. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirib.

Söhbət zamanı qarşılıqlı maraq doöuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol