• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

Baş Prokurorluq: "Mixail Qorbaçov istintaqdan yayınıb"

Baş Prokurorluq:
20.01.2017 13:07
"SSRİ-n keçmiş prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi və ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.
 
Bunu Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.
 
R. Usubov bildirib ki, bu fərman əsasında sovet qoşunları 1990-cı il yanvarın 19-da saat 00:00-dan başlayaraq Bakının keçmiş "Nasosnıy” qəsəbəsi, keçmiş "Əzizbəyov” metrosu və Sumqayıt şəhəri istiqamətindən şəhərə daxil olub və dinc əhalini qırğına məruz qoyub. Nəticədə 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər dövlət əmlakına ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, şəhərə 66 min nəfərlik əlavə qoşun kontingenti yeridilib. Bunlar SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Əməliyyata Krasnodar vilayətindən müddətdən artıq hərbi qulluq keçən hərbçilər də cəlb edilib ki, onların arasında çoxlu erməni də olub.
 
Rüstəm Usubovun sözlərinə görə, Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub:
 
"O vaxt işi Rusiya Prokurorluğu aparırdı. Azərbaycan Prokurorluğu cinayət işinə çox gec - 14 fevral, 1992-ci ildə başlayıb, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Təzədən dindirmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi, hansılar ki, 1990-cı ilin yanvarında Bakıya ezam olunmuşdu. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər, Qorbaçov isə istintaqdan yayındı. 1992-ci ildə 68 cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68 cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq”. //APA

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
Siyasət 18:43
Prezidentdən Daxili Qoşunlarla bağlı - Fərman
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol