• $ 1.7
  • € 2.0018
  • ₽ 0.021637
  • ₺ 0.0397
  • £ 2.293

İcra başçısı: Prezidentin sərəncamı böyük ruh yüksəkliyinə səbəb olub

İcra başçısı: Prezidentin sərəncamı böyük ruh yüksəkliyinə səbəb olub
25.01.2017 17:23
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Cəbrayıl camaatının böyük ruh yüksəkliyinə səbəb olub.

Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənovun sözlərinə görə, hər kəs hesab edir ki, bu sərəncam Cəbrayılın tamamilə işğaldan azad edilməsinin başlanğıcıdır:

"Çox böyük ruh yüksəkliyi var. Biz çox qısa zamanda bir sorğu keçirdik və aydın oldu ki, Cocuq Mərcanlıdan olan 190-dan çox ailə qayıdıb kənddə yaşamağa hazırdır”.

İcra başçısı vurğulayıb ki, bu sərəncam aprel döyüşlərində ordumuzun əldə etdiyi qələbənin davamıdır:

"Aprel döyüşlərinə qədər həmin kənd təhlükəli bir zona idi, lakin aprel döyüşlərindən sonra kənd tamamilə Azərbaycanın nəzarəti altına keçdi və soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün şərait yarandı. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk və inanırıq ki, tezliklə Cəbrayıl rayonu tamamilə işğaldan azad ediləcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Siyasət 14:27
2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi
Prezident onları təltif edib - Sərəncam
Siyasət 13:51
Prezident onları təltif edib - Sərəncam
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Siyasət 09:39
İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı -Mixail Saakaşvili
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 20:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Zakir Həsənov Liviyaya başsağlığı verib
Siyasət 18:33
Zakir Həsənov Liviyaya başsağlığı verib
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Siyasət 18:14
Maya Sandu Prezident İlham Əliyevi təbrik edib
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Siyasət 17:35
Əliyev və Mehriban Əliyeva Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Siyasət 16:57
Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Ərdoğan İlham Əliyevə zəng edib
Siyasət 16:08
Ərdoğan İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol