• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Azərbaycan millisi Albaniyanı böyük hesabla məğlub etdi

Azərbaycan millisi Albaniyanı böyük hesabla məğlub etdi
09.04.2017 18:11
Komandamız ilk turda da Bosniya və Herseqovinanın qapısından 5 top keçirmişdi

Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin "B" qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb. İstiPress xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib.

Görüş millimizin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bununla da ardıcıl ikinci qələbəsini qazanan Biro Jadenin baş məşqçisi olduğu komanda 6 xalla vahid liderə çevrilib. Azərbaycan millisi ilk turda da Bosniya və Herseqovinanın qapısından 5 top keçirmişdi - 5:4.

Qrupda 2-ci turun digər oyununda Macarıstan Bosniya və Herseqovinaya qalib gələ bilməyib - 2:2. Bu isə o deməkdir ki, aprelin 11-də Macarıstanla qarşılaşmada Azərbaycan yığmasını heç-heçə də qane edəcək. Bu halda meydan sahibləri qrup qalibi kimi birbaşa 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcəklər.

Avropa çempionatı, əsas seçmə mərhələ
"B" Qrupu
18:30. Azərbaycan - Albaniya - 5:0
Qol: Everton Kardozo, 3. Eduardo, 26. Vassura, 27. Namiq Məmmədkərimov, 35. Xətai Bağırov, 36
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan)
16:00. Bosniya və Herseqovina - Macarıstan - 2:2
Qeyd edək ki, "B" qrupunun oyunları Bakı İdman Sarayında keçirilir.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol