Bəzi idman kompleksləri istiqamətində hərəkət edən avtobusların sayı artırılıb

Bu gün IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən "AZAL Arena"da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.
Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu stansiyasının qarşısından "AZAL Arena"ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb.
Həmçinin bu gün keçirilən idman yarışları ilə əlaqədar "Bakı Kristal Zalı", "Bayıl Arena" və "Sərhədçi" olimpiya-idman kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb.
www.ann.az