• $
  • £

Gəncədəki olayları ilə bağlı hərbi hissələrdə mühafizə gücləndirilir

Gəncədəki olayları ilə bağlı hərbi hissələrdə mühafizə gücləndirilir
29.05.2020 01:49
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandanın ölkənin iqtisadi inkişafı və ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə səsləndirdiyi fikirləri bir daha diqqətə çatdıran Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Ali Baş Komandanın Brüssel şəhərinə səfərini qeyd edən Müdafiə naziri Avropa İttifaqı və NATO-da keçirilən rəsmi görüşlərdə, xüsusilə də Şimali Atlantika Alyansının Zirvə toplantısının kommunikesində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını dövlət rəhbərinin dünyada artan nüfuzunun göstəricisi olduğunu bildirib.

Ölkə daxilindəki sabitliyin, sosial-iqtisadi inkişafın və ordu quruculuğu məsələlərinin daim dövlət başçısının nəzarətində olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdıran general-polkovnik Z.Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Müdafiə naziri cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muxtar Babayev BMT Baş katibinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşüb
Siyasət 21:15
Muxtar Babayev BMT Baş katibinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşüb
Bayramov Aİ-nin xüsusi nümayəndəsi iləgörüşüb
Siyasət 20:52
Bayramov Aİ-nin xüsusi nümayəndəsi iləgörüşüb
İran və Ermənistan rəsmilərigörüşdü
Siyasət 20:48
İran və Ermənistan rəsmilərigörüşdü
Bayramov albaniyalı həmkarı iləgörüşdü
Siyasət 19:37
Bayramov albaniyalı həmkarı iləgörüşdü
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir
Siyasət 17:31
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir
Azərbaycanda bu qurumlar birləşdirilib
Siyasət 15:00
Azərbaycanda bu qurumlar birləşdirilib
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb
Siyasət 14:41
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
Siyasət 12:25
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
Ceyhun Bayramov Antalyada Portuqaliya XİN rəhbəri ilə görüşüb
Siyasət 11:30
Ceyhun Bayramov Antalyada Portuqaliya XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol