• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın arzuolunmaz sərnişinləri... - "Qara siyahı"

AZAL-ın arzuolunmaz sərnişinləri... - "Qara siyahı"
18.11.2014 11:59
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) “qara siyahı”sında 61 nəfərin adı var”. Bunu azvision.az-a açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. Onun sözlərinə görə, “qara siyahı”da onlardan 50 nəfər azərbaycanlı, 11 nəfər isə xarici ölkə vətəndaşıdır: “Xarici vətəndaşlardan 7-i Rusiya, 4-ü isə hər ölkədən bir nəfər olmaqla Ukrayna, Çin, İran və Gürcüstan vətəndaşlarıdır. Qaydalara daha çox əməl etməyənlər isə yerli vətəndaşlardır. Cəzalandırılan 61 nəfər şəxsdən eləsi var ömrünün sonuna kimi AZAL ilə uçuş edə bilməz. Həmin şəxslərin sayı 11 nəfərdi. Onlardan 3 nəfər 6 aylıq, qalan 47 nəfər isə 1 illik cəzalandırılıb. Bunlar 2014-cü ilə aiddi və bir il davam edəcək”. Qeyd edək edək ki, sərnişinlər əsasən siqaret çəkmək, mobil telefonla danışmaq, təhlükəsizlik kəmərini bağlamadıqlarına görə, “qara siyahı”ya düşüblər. Adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. AZAL “arzuolunmaz sərnişinlər” siyahısını ictimaiyyətə açıqlamır. Bu yalnız sərnişinlərin özünə elan olunur. Bəzən tanınmış şəxslərdə bu siyahıya düşür. Bunlardan məlum olanı sabiq deputat, Daşkəsən rayonunun hazırkı icra başçısı Əhəd Abıyev bir dəfə “arzuolunmaz sərnişinlər” siyahısına salınmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Природный газ на NYMEX подорожал до 3,32 доллара
İqtisadiyyat 13:19
Природный газ на NYMEX подорожал до 3,32 доллара
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
İqtisadiyyat 13:03
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq
İqtisadiyyat 10:55
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq

Bakı Limanında konteyner daşımaları 30% artıb
İqtisadiyyat 10:02
Bakı Limanında konteyner daşımaları 30% artıb

Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
İqtisadiyyat 09:57
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
"Brent" bahalaşıb
İqtisadiyyat 09:32
"Brent" bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:48
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
İqtisadiyyat 15:35
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol