• $
  • £

Əl işləri festivalında Azərbaycan motivləri - FOTOLAR

Əl işləri festivalında Azərbaycan motivləri - FOTOLAR
29.05.2020 03:12
Lyubov Qasımova

Usta-rəssamlarımızın xalçalarının parlaq və zərif çalarları hissedilməz rəng keçidləri və rəngarəngliyi ilə xalçaçılıq həvəskarlarını vəcdə gətirir.Bu ilin iyununda əl işlərinin birinci festivalı keçirilmişdi. Bu tədbirin təşkilatçıları Könül Allahverdiyeva və Təranə Cəfərova 7-8 noyabrda ikinci dekorativ-tətbiqi incəsənət festivalı təşkil etdilər. Bu festival da, əvvəl olduğu kimi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi olan “Kapelhaus”da baş tutdu.İkinci festivalın mövzusu "Azərbaycan xalçaları" idi.  Çünki azərbaycanlılar xalçaları çox sevirlər, buna görə də hər evdə xalça olur. Bəzi ustalar verilmiş mövzuda iş görə bilmədiklərinə görə, festivalın iştirakçılarının sayı əvvəlki ilə müqayisədə azalaraq 40 nəfərə enmişdi.Əl işləri öz peşəkarlığı, keyfiyyəti, dizaynı və yanaşması ilə hamını təəccübləndirdi.Festivalda elə ustalar vardı ki, Azərbaycanın müxtəlif regionlarının naxışlarından istifadə edərək yun saplardan xalçalar toxumuşdular. Bu, əlbəttə, Bella Malikova idi. Onun mini xalçaları peşəkar şəkildə toxunmuş, xoş təsir bağışlayan rənglərdən istifadə olunmuşdu. Hiss olunurdu ki, o, bu işə nəinki öz əməyini qoyub, həm də xalqının mədəni mirasına sevgisini nümayiş etdirib.Sabirə Qarayeva – müxtəlif naxışlardan, parlaq boyalardan istifadə edərək gözəl araxçınlar tikən ustadır. Belə ustaların sayəsində Azərbaycanda insanlar öz milli mədəniyyətlərinə daha da bağlanırlar.Bədirə Əliyeva – həqiqətən böyük sənətkardır. O, kiçik muncuq dənələrindən misilsiz bəzəklər hazırlayır - boyunbağılar, asqılar. Bu iş öz ustasından səbr, bacarıq, estetik bilik və peşəkarlıq tələb edir və çox zəhmət sevir.Könül Allahverdiyeva naxışlarla tikilmiş və dərisi qiymətli daşlarla bəzənmiş çox gözəl qolbaqlar təqdim etdi.Festivalın bütün iştirakçılarına sertifikatlar təqdim olundu. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol