• $
  • £

Yol polisindən sürücülərə xəbərdarlıq - VİDEO

Yol polisindən sürücülərə xəbərdarlıq  - VİDEO
28.05.2020 18:34
Bakıda daynama və durma qaydasını pozan sürücülərin cərimələnməsi bir müddət əvvəl yol polisindən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Amma sözügedən qurumda hələ ki,sürücüləri cərimə edəcək xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması təmin edilmədiyindən bu işləri yol polisi icra edir. Hətta yol polisi gün boyu belə sürücülərə qarşı reydlər də keçirir.


Xəzər tv bildirir ki, yeni dərs ilinin başlamasına az bir vaxt qaldığından yollarda hərəkət intensivliyi də bir qədər artıb. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qabağlaycı tədbirlər görməyə başlayıblar.


Şəhərin müxtəlif ərazilərində dayanma və durma qaydasını pozan, xüsusi ilə səki üzərində maşın saxlayan sürücülərə xəbərdarlıq olunub. Bu cür qaydaları pozan sürücülərin avtomobllərinin üzərinə ''Səkilərin üzərində avtomaşın saxlamayın! Dövlət Yol Polisi'' sözləri yazılan vərəqlər qoyulub.


Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmanla Dövlət Yol Polisinin bir sıra səlahiyyətləri, o cümlədən Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Amma həmin qrumda sürücüləri cərimə edəcək xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması hələ ki, təmin edilmədiyindən bu işləri yol polisi icra edir.


Bölmə rəisi Vaqif Əsədov deyir ki, gün boyu yol polisləri belə sürücülərə qarşı paytaxt ərazisində reydlər keçirir.
Onu da qeyd edək ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobil saxlayanlar İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimələnirlər. Piyada səkilərində birmənalı olaraq avtomobil saxlamaq olmaz.


Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, səkidə, piyada keçidinin üzərində avtomobil saxlayan sürücülərə qarşı cərimə yazılması yaxın vaxtlarda Agentlik tərəfindən icra ediləcək. Amma ilk olaraq belə sürücülərlə müsbət nəticəyə nail olmaq üçün öncə geniş maarifləndirmə işləri aparılacaq.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Cəmiyyət 17:17
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower”  tikinti şirkətindən şikayətçidir- VİDEO
Cəmiyyət 22:49
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower” tikinti şirkətindən şikayətçidir- VİDEO
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Cəmiyyət 08:06
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Cəmiyyət 16:07
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Laçından ən son görüntülər- VİDEO
Cəmiyyət 19:39
Laçından ən son görüntülər- VİDEO
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol