• $
  • £

"Atama zəng edin deyib, huşunu itirdi" - Qəzada ölən Lalənin valideynləri göz yaşına boğuldu

28.05.2020 18:02
"Mən onu ölümə göndərirmişəm”.

ARB TV-nin "Bu qədər” verilişində 2017-ci il martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasından sonra komaya düşüb həyatını dəyişən Lalə Nəsibzadədən danışılıb.

Lalə 1999-cu il yanvarın 22-də Bakıda anadan olub. Ailənin ikinci və sonuncu övladı idi.

Yaşar Ələsgərov – Lalə Nəsibzadənin atası: "18 yaşı təzə tamam olmuşdu. 12-13 yaşlı uşaq xarakterində idi. Həmişə mənim işdən gəlməyimi gözləyirdi. Evə girəndə sevinib qollarını açıb məni qucaqlayırdı. Həmişə öpürdüm onu. Sonsuz məhəbbətim indi də var, amma öpə bilmirəm. Təsəvvür edin ki, ailənin dərdi mənə şeir yazdırdı”.

Yaşar Ələsgərov qızı Laləyə yazdığı şeirini qəhər hissində boğulsa da deyib:

Sənsiz qeyd olunan ilk doğum günü
Nə özün gəlmədin, nə də bir ümid
Ata çox darıxır balası üçün,
Görməyə yanına gedə bilmirəm.

Nə deyim taleyin bu yazısına,
Tale yazan yerdə qələmi sına.
Belə dağ olarmı ata bağrına
Balamı bağrıma sıxa bilmirəm...

Bilmirəm ağlayım, bilmirəm gülüm,
Məkanın cənnətdir, bilirəm, gülüm.
Sənə qovuşdurar məni tək ölüm
Nə vaxta yazılıb, onu bilmirəm.

Mərhum Lalə Nəsibovanın anası Naibə xanım isə hələ də qızının bu dünyada olmadığına inanmır.

Naibə Ələsgərova – Lalə Nəsibzadənin anası: "Baxmayaraq ki, ailənin ikinci övladı idi, atası üçün onun dünyaya gəlməsi başqa bir bayram idi. İnanmadığım üçün Allah rəhmət eləsin deyə bilmirəm. Hər şeyimiz var, amma, qızım yoxdur. Atasını çox sevirdi”.

Martın doqquzu - Lalənin qəzaya düşdüyü günü valideynləri belə xatırlayır:

Yaşar Ələsgərov – Lalə Nəsibzadənin atası: "Həmin gün tez çıxdı evdən. Sən demə, mən onu ölümə göndərirmişəm. Səhər bizə Lalənin telefonundan zəng gəldi. Əvvəlcə anası götürdü. Mən bayırda idim. Girdim evə, gördüm ki, anası təlaş içindədir. Dedi ki, qəza olub. Sonra yenə də zəng elədim Lalənin telefonuna. Oğlan açdı. Soruşdum ki, "uşaq özü niyə danışmır?”. Dedi ki, uşaq qanın içindədir, götürdülər Semaşkaya. Getdim ora. Üzünə su vurdum, ayıldı. Ayılan kimi, telefonu verib dedi: "Atama zəng edin”. Sonra da huşunu itirdi”. 

Naibə Ələsgərova – Lalə Nəsibzadənin anası: "O gün heç vaxt yadımdan çıxmaz. Evdən çıxanda üşütmə keçdi canımdan. Əl elədi bizə, getdi. Sonra zəng edib dedilər ki, avtobus qəzaya uğrayıb. Heç bilmirəm neylədim, qışqırıb ağladım. Yaşara dedim, tez çıxdı evdən. Bilmirdim ki, o biri uşaqlar ölüblər”.

Bu hadisənin səbəbkarlarından biri də Namiq Hüseynovdur. O artıq 10 il azadlıqdan məhrum edilib. Həyatda yaşamağa ona vicdanı yol verməsə də, özünün də dediyi kimi ölmüş kimi yaşayır.

Namiq Hüseynov: "Valideynlərin qarşısında baş əyib üzür istəyirəm. Bilirəm, bağışlaya bilməzlər. Az da olsa, halallıq istəyirəm. Nə vaxtsa çıxsam, valideynlər icazə versə, o uşaqların qəbrini ziyarət edəcəm”.

"Əgər övladımın məzarını ziyarət etmək istəyərsə, yox demərəm”

Allah rəhmət eləsin.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Cəmiyyət 17:17
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower”  tikinti şirkətindən şikayətçidir- VİDEO
Cəmiyyət 22:49
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower” tikinti şirkətindən şikayətçidir- VİDEO
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Cəmiyyət 08:06
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Cəmiyyət 16:07
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Laçından ən son görüntülər- VİDEO
Cəmiyyət 19:39
Laçından ən son görüntülər- VİDEO
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol