• $
  • £

Tanınmış aktyorun məktəb direktorunu döyməsinin səbəbi bilindi - VİDEO

Tanınmış aktyorun məktəb direktorunu döyməsinin səbəbi bilindi - VİDEO
28.05.2020 21:21
Bir neçə ay əvvəl məktəb direktoru ilə aktyor arasında başlayan mübahisə sonda əlbəyəxa dava ilə başa çatıb. Hadisə ötən gün paytaxtın Nizami rayon məhkəməsinin qarşısında baş verib. İddialara görə, aktyor Rza Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyüb. Ağır yaralı olan məktəb direktoru xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb nədir? Əməkdaşlarımız bu məsələni hər iki tərəflə araşdırıb.

Məktəb direktoru ilə aktyor arasında mübahisə bir neçə ay əvvəl Rza Rzayevin bacısı 220 nömrəli məktəb-liseydə çalışan Zeynəb Rzayevanın vəzifə səlahiyyətlərinə dəyişiklik edilməsi ilə başlayıb. Bacısının işdən çıxarılmasına etiraz edən Rza Rzayev məsələni həll etmək üçün direktorla mübahisə edib.

Mübahisə o həddə çatıb ki, işə valideynlər də qarışıb. Valideynlər Zeynəb Rzayevanın aşağı sinif şagirdlərinə rəhbərlik etməsinin əleyhinə olublar. Buna görə də aktyor Rza Rzayev həmin valideynləri məhkəməyə verib. Ötən gün Nizami rayon məhkəməsində növbəti proses olub. Məhkəmə prosesindən sonra bir araya gələn tərəflər arasında yenidən mübahisə yaşanıb. İddialara görə, mübahisə zamanı Rza Rzayev orda olan hazırda 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevə hücum edib. Direktorun atası Elmi Mirzəliyev deyir ki, aktyor onun oğlunu məhkəmə binası qarşısında döyərək başına və bədəninə xəsarət yetirib.

Ağır yaralanan Tural Mirzəliyev şahidlər tərəfindən 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin qənaətbəxş olduğunu deyirlər.

Hadisəni törətməkdə şübhəli bilinən aktyor Rza Rzayev isə bildirdi ki, sözügedən məhkəmə çəkişməsinin Tural Mirzəliyevə heç bir aidiyyatı olmayıb. O, iddia edir ki, davanın səbəbi direktorun onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Rza Rzayev dava zamanı onun da xəsarət aldığını deyir.

Məsələyə təhsil naziri Ceyhun Bayramov da münasibət bildirib. Nazir müəllimə qarşı belə bir zorakılığın tətbiq olunmasını pisləyib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, Orxan Mansurzadə qeyd edib ki, faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb. Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub.

Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Cəmiyyət 17:17
Qanunsuz mərc və şans oyunları vətəndaşlar üçün hansı riskləri yaradır?- Video
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower”  tikinti şirkətindən şikayətçidir- VİDEO
Cəmiyyət 22:49
Hasar arxasında qalan sakinlər “WhiteStone Tower” tikinti şirkətindən şikayətçidir- VİDEO
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Cəmiyyət 08:06
Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri vətəndaşa hücum edib — VİDEO
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Cəmiyyət 16:07
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Laçından ən son görüntülər- VİDEO
Cəmiyyət 19:39
Laçından ən son görüntülər- VİDEO
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol