• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovun səfir oğlu danışdı: "Bu məlumatlar..."

Abel Məhərrəmovun səfir oğlu danışdı:
28.05.2020 19:04
Son günlər Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi haqqında bəzi mətbu orqanlarında dərc olunmuş yazılara Azərbaycanın İspaniyadakı səfirliyi rəsmi münasibət bildirib.

Anews.az bildirir ki, səfirliyin report-un sorğusuna cavab olaraq göndərdiyi açıqlamasını olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi ölkəmizin digər diplomatik nümayəndəlikləri kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam, fərman və tapşırıqlarını rəhbər tutaraq, eyni zamanda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatlarına uyğun olaraq həyata keçirir.

Buna əsaslanaraq, Səfirliyin əsas fəaliyyət istiqamətləri İspaniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, dövlət başçısı tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatı İspaniya ictimaiyyətinin diqqətinə çatdırmaqdan, eyni zamanda, bu ölkədə yaşayan həmvətənlərimizin hüquqlarının müdafiəsinin təmin olunmasından ibarətdir.

Bu baxımdan, ölkəmizin əldə etdiyi nailiyyətlərin, həmçinin respublikamızda istehsal olunan çox çeşidli məhsulların, o cümlədən "milli brend" adı altında Azərbaycan şərabları və şərabçılıq məhsullarının İspaniyada tanıdılması və təbliğ edilməsi məqsədilə Səfirlik tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər təşkil edilir. Belə ki, cari ilin 15 oktyabr tarixində Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi"ndə (Centro Riojano de Madrid) keçirilmiş sonuncu belə bir tədbirdə ölkəmizə məxsus şərab növlərinin təqdimat mərasimi baş tutub.

Eyni zamanda, keçirilmiş bu tədbir Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn tapşırıqların yerinə yetirilməsinin təzahürüdür. İspaniyada böyük maraq və rəğbətlə qarşılanmış bu tədbir Azərbaycanın turizm potensialının təbliğ olunması, ölkəmizdə istehsal olunan şərabların və şərabçılıq məhsullarının tanıdılması və ixracının dəstəklənməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Təəssüflə qeyd edirik ki, bəzi mətbu orqanları tərəfindən sözügedən tədbirin mahiyyəti əsassız və qərəzli şəkildə təhrif olunub, ümumiyyətlə Səfirliyin bu və digər istiqamətdə apardığı fəaliyyətə kölgə salmaq məqsədilə bəzi internet portalları vasitəsilə digər əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

Səfirlik bildirir ki, bu cür yalan dolu, böhtan xarakterli və qərəzli məlumatların heç bir əsası yoxdur və bu qəbildən olan yazılar qarayaxma kampaniyası xarakteri daşıyır.

Qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs əsas götürülərək, dövlətimizin milli maraqlarının, suverenliyinin, ərazi bütövlüyünün təmini və müdafiəsi, habelə İspaniyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması Səfirliyin əsas hədəfidir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dumanlı və yağıntılı hava ilə əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 09:23
Dumanlı və yağıntılı hava ilə əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıdakı "Sea Breeze" kompleksində Avropanın ən böyük kazinolarından biri açılacaq
Cəmiyyət 09:14
Bakıdakı "Sea Breeze" kompleksində Avropanın ən böyük kazinolarından biri açılacaq
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəmiyyət 22:21
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol